Dünya futbolu

DÇ-2022: Argentina uduzdu, Fransa qələbə ilə başladı – YENİLƏNİB

Dünya çempionatında daha 4 qarşılaşma keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, iki qrupda – C və D qruplarında ümumilikdə 4 matç keçirilib.

Günün ilk matçında C qrupunda yer alan və turnirin favoritləri arasında göstərilən Argentina millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Gözlenilmədən Argentina rəqibinə uduzub. Qrupun digər matçında Meksika ilə Polşa qolsuz bərabərliyə razılaşıblar.

D qrupunda Danimarka Tunislə heç-heçə edub. Fransa isə Avstraliyanı darmadağın edib.

DÇ-2022

I tur

22 noyabr

C qrupu

Argentina – Səudiyyə Ərəbistanı – 1:2
Qollar: Lionel Messi,10 (pen.) – Saleh Əl-Şəhri, 48, Salem Əl-Davsari, 54

Meksika – Polşa – 0:0

D qrupu

Danimarka – Tunis – 0:0

Fransa – Avstraliya – 4:1
Qollar: A.Rabyo, 27. O.Jiru, 32, 71, K.Mbappe, 68 – K.Qodvin, 9

Bizi teleqramda izləyin 👇

https://t.me/idmanxeberaz


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43