Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana qarşı oyunda 3 futbolçunu heyətdən çıxarıb.
İdmanxeber.az-ın məlumatına görə, belə ki, 66 yaşlı italiyalı mütəxəssis milliyə dəvət etdiyi 26 oyunçudan Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmayacaq.
Bu gün “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı saat 18:00-da başlayacaq.