Kateqoriyasız

Millimiz Qazaxıstanda dəstəksiz qalmayacaq – AFFA rəsmisi açıqladı

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk görüşü çərçivəsində səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İdmanxeber.az-a açıqlamasında bildirib ki, 50-dən çox azarkeş tribunada millimizə dəstək olacaq:

“Ümumilikdə 15 minə yaxın tamaşaçının bugünkü oyunu stadiondan izləməsi gözlənilir. AFFA-nın vasitəçiliyi ilə Qazaxıstanda yaşayan 50-dən çox azarkeş bilet əldə edib”.

Qeyd edək ki, Qazaxıstan -Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43