22 Oktyabr 2024
Kateqoriyasız Ölkə futbolu

Derbidə fitə basıldı, gəncəli fanatlara öpüş göndərdi – FOTO

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Turan Tovuz” səfərdə “Kəpəz”in qonağı olub.

İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Tovuz təmsilçisinin futbolçusu Runi Eva oyunun 90-cı dəqiqəsində əvəzlənib. Bu zaman yerli fanatlar meydanı gec tərk edən hücumçuya kəskin etirazlarını bildirib, fitə basıb. Runi isə buna cavab olaraq gəncəli fanatlara öpüş işarəsi ilə cavab verib.

Qeyd edək ki, “Qərb derbisi”ndə hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43