Kateqoriyasız

“Daxildə söz atışmalarının olmasını…” – Tərlan Əhmədov

Misli Premyer Liqasında XIV turun “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Maraqlı oyun oldu. Rəqibin əks-hücumlardan oynayacağını gözləyitdik. Ayxan Abbasov uzun illərdir, bu taktikadan istifadə edir. Rəqibi təzyiq altında saxladıq. İmkan vermirdik ki, meydanın özlərinə aid olan hissəsindən çıxsınlar. Amma imkanları var idi. İlk hissədə oyunu bitirə bilərdik. Bu gün məğlub olsaq da, komandadan razı qalardım. Bütün 90 dəqiqə hücum edən komanda istər-istəməz müdafiədə boşluq verir. Rəqib də əks-hücumlarda yaxşı çıxış edir. “Turan Tovuz”a oyunlarını diqtə etmək imkanı vermədik. 1 xal hər iki komanda üçün layiqlidir. İstədiyim futbolun çox hissəsini gördüm.

– Ehtiyat skamyanızdan razısız?
– Razı salsa da, salmasa da, akademiyaya daha çox üstünlük vermişik. Bir neçə gənci komandaya cəlb etmişik. Komandanın qarşısına qoyulan hədəfə çatacğıq. Qarşımıza mükafatçı olmaq məqsədi qoyulmayıb. Akademiya oyunçularına üstünlük veririk ki. Qışda komandaya yeni futbolçular cəlb olunacaq. Əlimizdə olanlardan istifadə edib, nəticə qazanmağa çalışırıq. Oyunu dəyişəcək futbolçulara ehtiyacımız var. 7 turdan sonra 0 xal toplamışdıqsa, deməli, gənclərə üstünlük versək, daha yaxşı olar.

– Qarşıda fasilə gələcək. Bundan gözləntiniz nədir?
– Çempionatın gedişində xoş deyil. Normal oynayırsan, futbolçular qızışır, fasilə olanda yenidən başlamalı olursan. Edəcəyimiz bir şey yoxdur. Çatışmazlıqların üzərində işləməliyik. Bu da bizim üçün həm xeyirli, həm ziyanlı ola bilər. Səmərəli istifadə etməyə çalışacağıq.

– Komandadan göndəriləcək oyunçular bəllidir?
– İndi açıqlanacaq bir şey deyil. Ola bilər ki, 1-2 futbolçu yola salınsın. Hazırda açıqlama verməyim düz deyil. İndi bizim üçün dəyərlidirlər.

– İlk hissənin sonunda Orxan Sadıqlı ilə Ahmed Ayzaya arasında mübahisə oldu. Onları cəza gözləyir?
– İki qərb komandası qaşrılaşırdı. Gərginlik ola bilər. Bunlara önəm vermirik. Bütün dünyada belə şeylər olur. Təbii qarşılamaq lazımdır. İndi komandanın oyunu mənim üçün daha önəmlidir. Daxildə söz atışmalarının olmasını nizam-intizam kodeksinə salmamışıq.

– Qarşıda uğurlu dönəm keçirən “Şamaxı” ilə matçınız olacaq…
– Turnir cədvli məni narahat etmir. Hər komanda müəyyən dövr uğurlu və uğursuz ola bilər. Öz oyunumuzla qələbələr qazanmağa çalışacağıq. Hər şey analiz edirik. Amma “Şamaxı”nın iki qələbə qazanmasında məni qorxudacaq heç nə yoxdur. Qəbələdə “Şamaxı”y qalib gəlmişik. Mənim üçün ev-səfər anlayışı yoxdur. Komandamın sadəcə qələbə ruhunda oynamasına çalışıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43