“Real”ın (Madrid) futbolçusu Anxel Di Mariya qışda komandadan ayrıla bilər.
Fransa mətbuatının yaydığı xəbərə görə, onun xidmətində “Monako” maraqlıdır. Artıq futbolçunun meneceri Xorxe Mendeslə danışıqlara da başlanılıb. Di Mariyanın “Monako”ya getməyə razı olduğu bildirilir.