"Atletiko"dan "Çelsi"yə 40 milyon avro dəyərində transfer olunan Dieqo Kosta "zadəganlar"ı seçmə səbəbini "AS" qəzetinə verdiyi məlumatda açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı futbolçu "Çelsi" klubuna keçməsinin əsəs səbəbinin Mourinyonu olduğunu bildirib:
"Çelsi"də dünyanın ən yaxşı baş məşqçisi işləyir. Bu klubda ən yaxşı futbolçular toplanıb. Bir futbolçu kimi artırmaq istəyirəm. "Çelsi" də bunun üçün ən ideal klubdur. Mourinyo ilə danışdım və anladım ki, onunla işləmək istəyirəm".