“Kəpəz”də qalmaq fikrim var”.
İdmanxeber.com-a açıqlamasında bu fikirləri “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev deyib. Baş məşqçi, atası Şahin Diniyevin komandadan ayrılmasından sonra qışda Kərimə də yol görünəcəyi haqda dolaşan söz-söhbətlərə münasibət bildirən futbolçu getmək barədə düşünmədiyini söylədi: “Vallah, istəyərəm oynayım. Çünki hələ müqaviləm də var. Təklifim də var, ancaq adını çəksəm, ayıb olar. Görək, Yunis Hüseynov da qalmağımı istəyəcəkmi?”