Ölkə futbolu

“Diqqətsizlikdən iki qol buraxdıq” – “Sumqayıt”ın məşqçisi

 “Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov deyib. O, daha sonra belə davam edib:

“Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan yenidən toparlandıq. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43