Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlığın son günündə yerli “Çernomorets” klubu ilə yoxlama oyunu (2:0) keçirib.
İdmanxeber.com-un məlumatına görə, bölgə klubunun ukraynalı legioneri Dmitri Bezotosnı qarşılaşmadan sonra oyun haqda fikirlərini açıqlayıb:
“Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı. Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi. “Çernomorets” gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər”.