Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” klubunu UEFA tərəfindən cəzalandırılıb.
İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən “Dnepr” – “Kopenhagen” matçında ukraniyalı azarkeşlərin xuliqanlıq etməsi UEFA-nın “Dnepr” klubuna cəza verməsi ilə nəticələnib. Beləki, kluba 50 min avro pul və şərti olaraq iki il avrokuboklardan kənarlaşdırma cəzaları verilib. Belə xuliqanlıqlar təkrarlanacağı təqdirdə UEFA-nın qərarı qüvvəyə minəcək. “Dnepr” oktyabrın 23-də Avropa Liqasının qrup mərhələsinin növbəti oyununda “Qarabağ”la matçda azərkeşlərin dəstəyindən istifadə edə bilməyəcək.