Avroliqanın qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Dnepr” – “Qarabağ” matçının baş hakiminin adına aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, oktyabrın 23-də saat 00:05-də Kiyevin Olimpiya stadionunda baş tutacaq matçı çexiyalı Libor Kovrajik idarə edəcək. Ona Kristof Menkl və Jan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.