Afrika, Avropa və Cənubi Amerika qitələrində baş tutan oyunlardan sonra Braziliyada keçiriləcək DÇ-2014-ə hansı ölkələrin qatılacağı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, mundialda çıxış edəcək 32 komandadan 31-i vəsiqəni özünə təmin edib. Sadəcə Uruqvay millisinin İordaniya ilə cavab oyunu qalır ki, qeyri-adi bir şey baş verməyəcəyi halda “ağ-mavilər” Braziliyaya vəsiqə qazanacaq son ölkə olacaq. Xatırladaq ki, Uruqvay ilk oyunda İordaniyanı 5:0 hesabı ilə məğlub etmişdi.
Braziliyada keçiriləcək DÇ-2014-ə yollanan 32 komandanın adı
Avropa: İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan və Xorvatiya.
Cənubi Amerika: Braziliya, Argentina, Kolumbiya, Çili, Honduras, Ekvador, Meksika
Şimali Amerika: ABŞ və Kosta-Rika.
Asiya: Yaponiya, Cənubi Koreya, Avstraliya və İran.
Afrika: Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair.