Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, öz meydanında “La Palmas”la qarşılaşan “Eybar” son dəqiqələrdə qol buraxaraq rəqibinə 2:3 hesbaı ilə uduzub.
Oyuna start heyətində çıxan Eddi İsrafilov 70 dəqiqə meydanda olub. Yığmamızın üzvü 63-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 13-də keçiriləcək.