Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq, bu oyunlara hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək.
Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək