30 Sentyabr 2024
Kateqoriyasız

Eddi İsrafilov oynamadı, komandası yenə xal üzünə həsrət qaldı

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Qaranada” öz meydanında “Espanyol”la qarşılaşıb. Üç qolun vurulduğu matçda “Qaranada” məğlub olan tərəf olub – 1:2.

Yarımmüdafiəçimizin adı oyunun iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Qranada” hazırda 25 xalla 19-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43