“Turan Tovuz”un rəhbəri Ehtiram Quliyev “Neftçi” oyunundan (1:1) sonra brifinq keçirib.
İdmanxeber.az-ın məlumatına görə, kub rəhbəri qarşıdan gələn transfer dönəmindən danışıb. O, heyətin güclənəcəyini bildirib:
“Heyətdə çatışmazlıq olduğunu bilirik. Nəzərə alaq ki, Denis Marandiçi zədələndi. Faiq Hacıyev və Roderik Miller isə əməliyyat gedəcək. Bu səbəbdən də 3 və ya 4 futbolçu transfer etmək istəyirik”.
E.Quliyev dünən Rusiya mətbuatında yer alan “Dinamo”nun (Mahaçqala) futbolçusu Anton Kraçkovskinin “Turan Tovuz”la anlaşdığı xəbərinə belə reaksiya verib:
“Bu futbolçu gündəmimizdədi. Onunla danışıq aparılıb. Transfer pəncərəsinin açılmasını gözləyirik”.