24 Oktyabr 2024
Dünya futbolu

“Əl-Nəsr” klubu İrana səfər etməkdən imtina etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu İrana səfər etməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, komanda Asiya Çempionlar Liqasında “İstiqlal”la İranda üz-üzə gəlməlidir. Amma Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” Yaxın Şərqdəki münaqişəyə görə İranın paytaxtı Tehrana getmək istəmir.

Görüşün oktyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43