“Neftçala”nın futbolçusu Elgün Abbaslı karyerasını ölkə xaricində davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Rəvan”ın sabiq futbolçusu Türkiyə klublarının maraq dairəsindədi.
“Neftçala”nın Türkiyə toplanışında diqqət mərkəzinə düşən yarımmüdafiəçi qardaş ölkədə oynayıb-oynamayacağına qərar verməyib. Ancaq əldə etdiyimiz məlumata görə, “Neftçala” E.Abbaslını buraxmaq niyyətində deyil.
Məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.