Kateqoriyasız

“Qəbələ”nin Avroliqadakı rəqiblərindən yalnız “Borussiya”…

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin qərarlaşdığı qrupun favoriti Dortmund “Borussiya”sı öz meydanında “Herta” ilə qarşılaşıb və rəqibini 3 qolla məğlub edib – 3:1.

PAOK isə Yunanıstan Superliqasının  II turunda  “Giannina”nın qonağı olub və rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Qrupun digər komandası “Krasnodar” isə səfərdə Moskva “Lokomotiv”inin qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43