29 İyun 2026
Ölkə futbolu

Kaxaber Tsxadadze: “Sabah necə olacağını Allah bilir”

“Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik.Onlar da bunu gördü”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Sabah” qələbəsi (2:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Sabah necə olacağını bilmirəm, amma gənc oyunçular hər zaman belə qalmalıdır. Öz markalarını saxlamalıdırlar. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. “Qəbələ” həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi.

Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43