Kateqoriyasız

“Qarabağ”ın qrupdakı rəqiblərindən bir qələbə, bir heç-heçə və bir məğlubiyyət

“Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatında növbəti matçlarına çıxıblar.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın rəqiblərindən  “Anderlext” səfərdə “Vesterlo” ilə qarşılaşıb və böyükhesablı qələbə qazanıb – 0:3.

Qrupun digər komandası “Monako” PSJ-ni qonaq edib. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında qonaqlar 2 dəfə fərqlənməklə qələbəni bayram edən tərəf olublar – 0:3.

Ağdam klubunun digər rəqibi “Tottenhem” isə ötən gün İngiltərə Premyer Liqasının 4-cü turunda “Everton”la heç-heçə edib – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43