29 İyun 2026
Dünya futbolu

Renat Dadaşovun qolu “Hatayspor”a vacib qələbə qazandırdı – VİDEO

Türkiyə Superliqasında 36-cı turun oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin forvardı Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” öz meydanında “Ankaragücü” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Renat bu matçda 88-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra komandasına vacib 3 xal gətirən qolu vurub.

Türkiyə Super Liqası

36-cı tur

12 may

Hatayspor – Ankaragücü 2:1
Qollar
: G.Sağlam, 71. R.Dadaşov, 90 – Maçeda, 85.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43