“Çox çətin oyun oldu. “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş komandadı. Əks-hücumlarda çox güclü idilər. Deyərdim ki, biz üç xalı “Sumqayıt”a hədiyyə etdik”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Elnur Abdullayev deyib.
Bank tklubunun üzvü daha sonra sözlərinə belə davam edib:
“Öz kobud səhvlərimizdən məğlub olduq. Ancaq heç bir komanda məğlubiyyətdən sığortalanmayıb. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Belə baxanda, bu hesab bizi silkələdi. Çalışacağıq ki, belə səhvlərə yol verməyək”