Ölkə futbolu

Elnur Allahverdiyevin yeni klubu müəyyənləşdi

Bir az əvvəl "Xəzər Lənkəran" komandasının baş məşqçisi Con Toşakın istəyi ilə komandadan göndərilən futbolçular karvanına Azərbaycan milli komandasının üzvü Elnur Allahverdiyevin qoşulduğunu çatdırmışdıq. Xəbərdə qeyd etmişdik ki,  klub rəsmiləri ilə Elnur Allahverdiyev arasında danışıq olub və futbolçuya azad agent statusu verilib.

 

Artıq Elnur Allahverdiyevin yeni klubunun adı dəqiqləşib.

 

Belə ki, Elnur, Rail Məlikovun zədələnməsindən sonra müdafiə xəttində ciddi problemlərlə üzləşən "Qəbələ" ilə müqavilə imzalayır. Bu gün Elnur Allahverdiyev "Qəbələ"nin ofisinə dəvət olunub və onunla danışıqlar aparılır. Elnur Allahverdiyevə "Xəzər Lənkəran" komandası azad agent statusu verdiyi üçün, onun "Qəbələ"yə keçidində heç bir problem yaranmayıb.

 

Futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43