21 Dekabr 2024
Ölkə futbolu

Elxan Məmmədov Ayaz Quliyev haqda: “Belə görünür ki, o, taleyini Rusiyada davam etdirmək istəyir”

AFFA-nın baş katibi Elxan Məmmədov Moskva “Spartak”ının futbolçusu Ayaz Qulyevin Azərbaycan millisində oynaması perspektivi ilə bağlı fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Məmmədov rusiyalı jurnalistlərlə söhbətində deyib ki, Ayazın atası azərbaycanlıdır:

“Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapısı Ayazın üzünə açıqdıq. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43