08 Dekabr 2022
Kateqoriyasız

Emanuel Apeh “Sabah”ın tarixinə düşüb

Emanuel Apeh “Sabah”ın tarixinə düşüb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub. 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan Kuboku və ​Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

​Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi I Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” “Neftçi”ni darmadağın etdi, “Zirə” “Keşlə”ni xalsız yola saldı 

admin

Ağabala Ramazanovdan bir qol, iki yubiley

admin

“Bavariya”nın darmadağın olduğu oyunun VİDEOSU

admin