“Rəvan”ın baş məşqçisi Emin Quliyev “Xəzər Lənkəran”la matçı dəyərləndirib.
İdmanxeber.com-un məlumatına görə, “uçan aslanlar”ın çalışdırıcısı hakimlikdən narazı qaldığını bildirib:
“Oyun maraqlı keçdi. İmkanlarımız oldu, sadəcə vura bilmədik. Hakimlərdən narazıyam. 3 oyundu hakimlər bizə qarşı belə edirlər. Penalti olmayan yerdə penalti verdi”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı 1:1 hesabı ilə başa çatıb.