Kateqoriyasız

Mahir oynadı, “Legiya” “Dinamo”ya uduzdu

Millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi “Legiya” Çempionlar Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Varşava təmsilçisi 3-cü təsnifat mərhələsində ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə etdiyi Zaqreb “Dinamo”su ilə evdə üz-üzə  gəlib.

Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.

Çempionlar Liqası,  3-cü təsnifat mərhələsi, cavab oyunu

10 avqust

23:00. “Legiya” (Polşa, Varşava) – “Dinamo” (Xorvatiya, Zaqreb) 0:1
ilk matç – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43