Kateqoriyasız

“Bursaspor” səhvini anladı, “Neftçi”yə rəsmi müraciət etdi

“Bursaspor” klubu “Neftçi”nin futbolçusu Namik Ələskərov üçün rəsmi təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

“Ağ-qaralar” Namiklə bağlı qərarını Avropa Liqasının 3-cü mərhələsinin HİK-lə cavab matçının nəticəsinə görə verəcək.

Avqustun 12-də keçiriləcək HJK – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

Namikin “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43