Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolebiyevski istefa verib.
İdmanxeber.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə, Qolebiyevskibin çempionatda “Visla”ya (Plotsk) məğlubiyyətdən (0:1) sonra istefa verdiyi bildirilib.
“Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.
“Legiya”da azərbaycanlı hücumçu Mahir Emreli çıxış edir.