“Real”ın oyunçusu Vinisius Junior Səudiyyə Ərəbistanının yolunu tuta bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Əhli” braziliyalı vingeri transfer etmək istəyir. Ərəblər 24 yaşlı futbolçu üçün 350 milyon avrodan keçməyə hazırdı.
Braziliyalı Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.