“İnter” mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər”. Bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.
Paytaxt klubunun paraqvaylı yarımmüdafiəçisi 3 xala ehtiyaclarının olduğunu bildirib: “Təbii ki, 3 xal bizə də hava-su kimi lazımdı. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədi. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.