29 Dekabr 2024
Müsahibə

“Erik Ramos məni təxribata çəkdi” (MÜSAHİBƏ)

“Rəvan”ın forvardı Yasin Həmid “Neftçi” ilə matçdan sonra İdmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı nə deyərdin?

– Yaxşı oyun alındı. Mənim üçün Azərbaycanda ilk oyunlardandı. Bir müddət əvvəl gəlmişəm. Azərbaycan çempionatının səviyyəsi də yaxşıdı. “Neftçi” də çox yaxşı komandaymış. Uşaqlara afərin deyirəm ki, xal götürə bildik.

– Debüt oyunundaca meydandan qovuldun. Həmin anda nə baş vermişdi?

– Erik Ramos məni sadəcə təxribata çəkdi. Öncə o, məni əli ilə itələdi. Mən də onu sadəcə itələdim və yerə sərildi. Bəli, baş hakimin qərarı ilə razıyam, qırmızı vərəqə var idi. Özüm günahkaram.

– Baş hakim sənə qırmızı vərəq göstərsə də, meydanı tərk etmək istəmirdin…

– Bəli, tərk etmək istəmirdim. Orada mən emosiyalara qapıldım. Həyatımda ilk qırmızı vərəqə idi.

– Oyundan sonra baş hakimə yaxınlaşdın və ona nələrsə deyirdin…

– Sadəcə ondan soruşurdum ki, mənə niyə qırmızı vərəqə göstərdi. Uşaqlar da oyundan sonra mənə dəstək oldular. Belədə sakitləşdim.

– Deyilənə görə, rəhbərlik pulunuzu verməsə, qarşıdakı turlara çıxmayacaqsız..

– Bu yalan məlumatdı. Biz məşqimizi edib, oyunlara hazırlaşırıq. Pulu ödəyəcəklər ya yox, bu barədə bir söz deyə bilməyəcəm. Çünki komandada yeniyəm.

– Azərbaycan futboluna öyrəşə bilmisən? “Stal”da sənə rahat idi, yoxsa “Rəvan”da?

– Mən buraya oyun təcrübəmin çox olması üçün gəldim. Bizim şəhərdə müharibə gedirdi deyə, bir il oynamadım. “Rəvan”a ancaq oynamaq üçün gəldim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43