“Mançester Yunayted” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
“Qırmızı şeytanlar” mövsümün sonunda niderlandlı Erik ten Haqla çalışmağa başlayacaqlar.
Hazırda ölkəsində “Ayaks”ın sükanı arxasında olan 52 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Onun sözləşməsi daha bir il artırıla bilər.
Hazırda “Mançester Yunayted”ə almaniyalı Ralf Ranqnik başçılıq edir.