Bildiyiniz kimi, gələn il Bakıda şahmat üzrə Dünya kuboku keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, iştirakçılar arasında erməni qrossmeyster Levon Aronyan da olacaq. Erməni şahmatçının gələn il Bakıda keçiriləcək turnirdə iştirakını FİDE prezidentinin köməkçisi Berik Balqabayev şəxsi “Twitter” hesabında təsdiqləyib.