İdman

Erməni məşqçi: “Bakıda bir azərbaycanlı idmançılarımıza atəş açsa…”

Ermənistanın boks üzrə yığmasının baş məşqçisi David Torosyan absurd fikirlər səsləndirib.

Milli Olimpiya Komitəsinin qərarının onları çətin vəziyyətdə qoyduğunu bildirib:

“Yığmamız dalana dirənib. Ermənistan Milli Olimpiya Komitəsinin idmançıların Avropa Oyunlarında iştirakı ilə bağlı qəbul etdiyi qərar bizə problem yaradır. Əgər payızda dünya çempionatında iştirak etmək istəyiriksə, mütləq Bakıya getməliyik”.

Torosyan Avropa Oyunları ilə bağlı Bakıya səfəri özləri üçün təhlükəli hesab edir: “Hazırkı məqamda MOK idmançıların karyeraları ilə deyil, həyatları ilə oynayır. Bakıda bir azərbaycanlı erməni idmançılara atəş açsa, buna kim cavabdeh olacaq? Cəbhədə hər gün əsgərlərin öldüyü, erməni təyyarəsinin vurulduğu bir vaxtda, Azərbaycan bizim təhlükəsizliyimizə necə zəmanət verə bilər?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43