“Qəbələ” futbolçusu Ermin Zets sabiq klubu “Balıkesirspor”un ona olan borcunu ödənilməsini tələb edir.
İdmanxeber.com-un məlumatına görə, bosniyalı futbolçu borclarının qarşılığında klubdan 1 milyon 800 min avro tələb edir.
Bu barədə Türkiyə klubunun nümayəndəsi Şahkan Saltık məlumat verib.
27 yaşlı hücumçunun borcunun ödənməsi üçün FİFA-ya müraciət etdiyini deyib.
Qeyd edək ki, E.Zets bu yay “Balıkesirspor”dan “Qəbələ”yə transfer olunub.