2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini reallaşdırıb.
İdmanxeber.az-ın məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.