“Porto”nun hücumçusu Mehdi Taremi karyerasını A Seriyasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “İnter” və “Milan” maraqlıdır. Portuqaliya klubu 30 yaşlı iranlı üçün 30 milyon avro istəyir, lakin 25 milyon əlavə bonusla razılaşa bilər.
Taremi 2020-ci ildən “Porto”da çıxış edir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 51 oyuna çıxıb, 31 qol vurub və 14 məhsuldar ötürmə edib.

