“Mançester Yunayted”in futbolçudu Patrik Evranın “Qalatasaray”a keçəcəyi iddia olunur.
Bu barədə İtaliya mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, onun xidmətində “Yuventus” və “İnter” kimi klublar da maraqlıdır.
2014-cü ilin iyun ayında müqaviləsi bitəcək olan Evra özü də mövsümün sonunda İngiltərə Premyer Liqasından kənarlaşmaq istədiyini bildirmişdi.