04 Oktyabr 2024
Ölkə futbolu

Əyalət klubu İran millisinin sabiq kapitanını transfer etdi – SON DƏQİQƏ!

Azərbaycan I Liqa klublarından “Karvan” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, Yevlax təmsilçisi İranın U-23 millisinin sabiq üzvü Aref Mohammadalipuru transfer edib. Müdafiənin mərkəzində oynayan futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

23 yaşlı futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, müxtəlif dönəmlərdə ölkəsinin “Saypa”, “Vista Turbine”, “Şəhr Xodro” kimi klublarında çıxış edib. Onun son klubu isə”Havadar” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43