05 Oktyabr 2024
Ölkə futbolu

Əzmkər qələbə qazandılar, rəhbərlikdən bu “premya”nı eşitdilər

2024/2025 mövsümündə ilk qəlbəsini qazanan “Kəpəz” futbolçuları rəhbərliyin “premya” xəbərinə sevinib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bu gün “Neftçi”ni məğlub edərək (4:3) cari mövsümdə ilk qalibiyyətini almış olub. Klub rəhbərliyi bu əzmkar qələbəyə biganə qalmayıb. “Neftçi” üzərində qazanılan qələbəyə görə hər bir futbolçuya 1000 manat mükafat veriləcək. 

Meydana sonradan girən futbolçular bu məbləğin 75, ehtiyatda oturan oyunçular isə 50 faizini əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43