Türkiyənin “Fənərbağça” klubu İngiltərənin “Vest Bromviç” klubunun üzvü Keran Gibbsi heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, Çempionşip təmsilçisi sol cinah müdafiəçisini “Fənər”ə satmağa narazı deyil. Ancaq bunun üçün ingilislər “sarı bülbüllər”dən 3.5 milyon avro təzminat tələb edir. “Fənər” bu pulu İngiltərə millisində də top qovmuş futbolçu üçün qarşı tərəfə ödəməyə hazırdı.
Danışıqlar son mərhələdədi və yaxın günlərdə keçidin alınıb-alınmaması bəlli olacaq.