“Fənərbağça” bir müddətdir ki, trabsfer etmək istədiyi alman futbolçu Maks Kruzeni sıralarına qata bilib.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə təmsilçisi “Verder”in sabiq forvardı ilə müqavilə imzalayıb.
Almaniya millisinin üzvü illik 2,5 milyon avro maaş alacaq. Azad agent statusu ilə “sarı-lacıvərdlilər”ə keçən 31 yaşlı hücumçu 1,5 milyon avro imza pulu alıb.