“Konyaspor”un baş məşqçisi Hakan Keleş istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis “Fənərbağça”ya (1:7) qarşı alınan ağır məğlubiyyətdən sonra bu qərarı verib.
Keleş Anadolu klubunun baş məşqçisi kimi cəmi 3 ay çalışa bildi. O, Konya klubunda 12 oyunda 4 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlik göstəriciyə imza atıb.