Türkiyənin “Fənərbağça” klubu hücumçu mövqeyini gücləndirmək yolunda addımlar atır.
İdmanxeber.az-ın məlumatına görə, “sarı bülbüllər” “Marsel”in hücumçusu Mario Balotellini heyətinə qatmağı planlaşdırır. 28 yaşlı forvarda illik 5 milyon avro ödəməyə hazır olan “Fənər” italiyalı forvardı yola gətirə bilsə o zaman onu yeni mövsümdən Superliqada görəcəyik.
Qeyd edək ki, Balotelli, “Milan”, “İnter”, “Mançester Siti”, “Liverpul” və “Nitsa” kimi komandalarda top qovub.