“Fənərbağça”nın futbolçusu Edin Ceko zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçunun əlində sınıq aşkarlanıb. 38 yaşlı hücumçu UEFA Avropa Liqasının pley-off mərhələsində “Anderlext”ə (Belçika) 3:0 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb.
Cekonun qarşıdakı görüşlərdə oynaya biləcəyi vurğulanır. O, xüsusi sarğı sayəsində matçlarda iştirak edə biləcək.