27 Sentyabr 2024
Ölkə futbolu

“Fənərbağça”nın sabiq baş məşqçisi “Neftçi”nin milyonluq təklifini geri çevirdi – BU SƏBƏBƏ GÖRƏ

Türkiyəli baş məşqçi İsmayıl Kartal Azərbaycanda işləmək istəməyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə türkiyəli şərhçi Ahmet Ercanlar yutub kanalında danışıb. O bildirib ki, “Neftçi” Kartala təklif göndərib.

Amma təcrübəli mütəxəssis “ağ-qaralar”ın çempionluğa yaxın görmədiyi üçün bu təklifi qəbul etmədiyini bildirib. Ercanlar iddia edir ki, “flaqman” İsmayıl Kartala ilik 1,5 milyon avro maaş önərsə də, mütəxəssisi razı sala bilməyib. 

Ercanlar “Neftçi” ilə yanaşı, İranın “İstiqlal” komandasının da məşqçinin xidmətində maraqlı olduğunu bildirib. Amma Kartal İranda da çalışmaq istəməyib.

Xatırladaq ki, 63 yaşlı çalışdırıcının son iş yeri “Fənərbağça” klubu olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43