Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb.
İdmanxeber.az xəbər verir ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər.
Qeyd edək ki, cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.